Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

İlham Əliyev və Şavkat Mirziyoyev İçan-Qala Dövlət Tarixi Memarlıq Muzeyi ilə tanış olublar - FOTO
Özbəkistanda dövlət səfərində olan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev iyunun 22-də Xivə şəhərində İçan-Qala Dövlət Tarixi Memarlıq Muzeyi ilə tanış olublar.
Bununla bağlı AZƏRTAC məlumat yayıb.
İçan-Qala barədə dövlətimizin başçısına məlumat verildi.
Bildirildi ki, İçan-Qala Dövlət Tarixi Memarlıq Muzeyi 1920-ci ildə yaradılıb. 1969-cu ildə tarixi İçan-Qala şəhəri muzey-qoruq elan edilib. Muzeyin fondunun əsasını xan dəftərxanasının sənədləri və sarayın müxtəlif əşyaları təşkil edir.
Qeyd edildi ki, ümumi sahəsi 26 hektar olan muzeydəki ekspozisiyalar Özbəkistanın qədim tarixini və müasir dövrünü əlaqələndirir. Burada Xivə xanlığının, qədim Xarəzmin tarixi, etnoqrafiyası, sənət nümunələri, müxtəlif kolleksiyalar ilə bağlı 14 stasionar muzey və ekspozisiyalar var.
Muzeydə, həmçinin Xivə xanlığının tarixi barədə nəşrlər nümayiş etdirilir.
Muzeyin əsas işi eksponatların toplanması, onların öyrənilməsi, nümayişi və abidələrin mühafizəsindən ibarətdir.
"İlham Əliyev" teqi üzrə xəbərlər
- Dünyanın məşhur siyasətçiləri Azərbaycanın "yaşıl enerji" siyasətini necə dəyərləndirirlər?
- Prezident İlham Əliyev Azərbaycan xalqını təbrik edib
- Cinayət və İnzibati Xətalar məcəllələrində satınalmalara dair dəyişikliklər qüvvəyə minib
- Azərbaycanda mülki odlu silah əldə etmək hüququ üçün qoyulan yaş həddi qaldırıldı
- İqtisadiyyat Nazirliyinin işçilərinin sayı artırılıb