Ərəb ölkələrinin aparıcı media orqanları Prezident İlham Əliyevin II Şuşa Qlobal Media Forumunun açılış mərasimində səsləndirdiyi fikirlərə geniş yer verib, eləcə də forumda müzakirə edilən mövzulara toxunublar.
AZƏRTAC xəbər verir ki, Birləşmiş Ərəb Əmirliklərinin WAM, Misirin MENA, Sudanın SUNA rəsmi xəbər agentlikləri, eləcə də digər informasiya portalları yaydıqları informasiyalarda Prezident İlham Əliyevin Cənubi Qafqaz regionunda tarixi transformasiyanın, tarixi-geosiyasi dəyişikliklərin baş verdiyini bildirdiyini qeyd ediblər. Bildirilib ki, Azərbaycan Prezidenti ölkəmizin ərazi bütövlüyünün və suverenliyinin tam bərpa edilməsinin müasir tariximizdə mühüm hadisə adlandırıb.
Dövlətimizin başçısının ölkəmizin beynəlxalq əlaqələri, noyabrda Bakıda keçiriləcək COP29, Azərbaycanın iqlim dəyişmələri və yaşıl enerjiyə keçidlə bağlı məsələlərdə fəaliyyəti, eləcə də Ermənistanla normallaşma prosesi barədə fikirləri materialların ana xəttini təşkil edib.
Mavritaniya Xəbər Agentliyi, Misirin "Əxbar əl-yaum", "əl-Əhram", "əl-Yaum əs-sabi", Mərakeşin "Parlament", "Hurra press" saytları da Prezident İlham Əliyevin açılış mərasimindəki çıxışından sitatlar gətirib, eyni zamanda, oxucularını Qlobal Şuşa Media Forumunda müzakirə edilən məsələlərlə tanış ediblər.