Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
İlham Əliyevin yardımı ilə Vladiqafqazda məscid bərpa olunub
Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadənin rəhbərlik etdiyi nümayəndə heyəti yanvar ayının 26-da Rusiyanın Şimali Osetiya-Alaniya Respublikasının paytaxtı Vladiqafqaz şəhərinə səfərə gedəcək.
Bu barədə Oxu.Az-a QMİ-nin mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, nümayəndə heyəti Azərbaycan prezidentinin şəxsi yardımı sayəsində Vladiqafqazda yenidən bərpa olunan Muxtarov məscidinin açılışında iştirak edəcək.
Qeyd olunur ki, məscid 1908-ci ildə əslən azərbaycanlı xeyriyyəçi Murtuza Muxtarov tərəfindən tikilib. Qafqaz Xalqları Ali Dini Şurası üzvləri Şərq memarlığının ən gözəl ənənələrini özündə ehtiva edən nəfis məscid binasının bərpası ilə bağlı Azərbaycan prezidenti İlham Əliyevə müraciət ediblər. Dövlət başçısının xüsusi diqqəti sayəsində bərpa olunub.
Açılışla eyni gündə Vladiqafqazda Azərbaycanın Rusiya, Şimali Osetiya-Alaniya ilə ənənəvi tarixi mədəni-mənəvi əlaqələri baxımından xüsusi əhəmiyyət daşıyan bu hadisəyə həsr olunmuş konfrans keçiriləcək. Konfransda Qafqaz Xalqları Ali Dini Şurasının üzvləri, tanınmış elm və din xadimləri iştirak edəcəklər. Şeyxülislam A.Paşazadə və Azərbaycan nümayəndə heyətinin üzvləri həmin konfransda çıxış edəcəklər.
Səfər çərçivəsində Azərbaycan nümayəndə heyətinin Şimali Osetiya rəhbərliyi ilə görüşləri nəzərdə tutulub.
Könül Cəfərli
"Allahşükür Paşazadə" teqi üzrə xəbərlər
- Matəm günü ölkənin bütün məscidlərində faciə qurbanları anılacaqlar
- Şeyxülislam vahid geyimə riayət etməyən din xadimlərini tənqid etdi
- Allahşükür Paşazadə: "Din xadimlərinin ən mühüm vasitəsi sözdür, moizədir, xütbədir"
- Kəmaləddin Heydərovdan Allahşükür Paşazadənin qohumunun yerinə TƏYİNAT
- Allahşükür Paşazadəyə məxsus olduğu deyilən klinika qeyri-leqal fəaliyyətlə məşğul olub?