Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
İqtisadiyyat Nazirliyinin təltif olunmuş əməkdaşlarına orden və medallar təqdim edilib
İqtisadiyyat Nazirliyində dövlət başçısının sərəncamları ilə təltif olunmuş Nazirliyin strukturuna daxil olan və tabeliyindəki qurumların əməkdaşlarının iştirakı ilə tədbir keçirilib.
Oxu.Az xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyindən məlumat verilib.
Bildirilib ki, iqtisadiyyat naziri Mikayıl Cabbarov çıxışında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin dayanıqlı iqtisadiyyatın inkişafı istiqamətində müəyyən etdiyi vəzifələrin icrası, qarşıya qoyduğu məqsədlərə nail olunması ilə bağlı Nazirliyin hədəflərini diqqətə çatdırıb.
Qeyd olunub ki, insan kapitalının inkişafı, əməkdaşların bilik və bacarıqlarının artırılması bu baxımdan xüsusi önəm kəsb edir və bu, gələcək uğurların əsas şərtlərindəndir.
Tədbirdə Azərbaycan Prezidentinin sərəncamları ilə İqtisadiyyat Nazirliyinin strukturuna daxil olan və tabeliyindəki qurumların əməkdaşlarına orden və medallar təqdim edilib. Nazirliyin əməkdaşlarının fəaliyyətlərinə verdiyi yüksək qiymət və göstərdiyi diqqət üçün dövlət başçısına dərin minnətdarlıq ifadə edilib.
Tədbirdə həmçinin, Nazirliyin fəaliyyətinə verdikləri töhfəyə görə bir qrup əməkdaşa qurumun təşəkkürnamələri təqdim edilib.
"İlham Əliyev" teqi üzrə xəbərlər
- İlham Əliyev Şri-Lanka Prezidentini təbrik edib
- AAYDA-nın İdarə Heyətinin tərkibi genişləndirildi
- İlham Əliyev "Vətən" İdman Liseyində yenidənqurma işlərindən sonra yaradılan şəraitlə tanış olub
- Tramp hərəkətə keçdi: Dünyada çaxnaşma yaradan USAID-in ləğvi niyə vacibdir?
- Azərbaycanda yeni dövlət rüsumları müəyyənləşdi