Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
İran XİN: "Yaxın vaxtlarda Zəngəzur dəhlizi ilə bağlı danışıqlar üçün Türkiyəyə səfər edəcəyik"
"Ümid edirik ki, Zəngəzur dəhlizi ilə bağlı məsələ tezliklə həllini tapacaq".
"Azad İran" "Telegram" kanalının xəbərinə görə, bu barədə İran Xarici İşlər Nazirliyinin (XİN) mətbuat katibi İsmayıl Bəqayi dekabrın 6-da keçirdiyi mətbuat konfransında məlumat verib.
Diplomat qeyd edib ki, Zəngəzur dəhlizi siyasi deyil, daha çox iki ölkə arasında olduqca spesifik tarixə malik texniki məsələdir.
"İranın mövqeyi dəyişməz olaraq qalır. İran nəqliyyat sektorunda əməkdaşlığın genişləndirilməsini alqışlayır, lakin vurğulayırıq ki, ölkələrin suveren hüquqlarına hörmət edilməlidir", - deyə İsmayıl Bəqayi bildirib.
O əlavə edib ki, İran nümayəndə heyəti Zəngəzur dəhlizinə dair danışıqlarla bağlı yaxın vaxtlarda Türkiyəyə səfər edəcək.
"Ola bilsin ki, yaxın vaxtlarda bizim nümayəndə heyətimiz müvafiq strukturların nümayəndələrinin iştirakı ilə bu məsələni ətraflı müzakirə etmək üçün Türkiyəyə səfər etsin. Ümid edirik ki, məsələ tezliklə həllini tapacaq", - deyə o nəzərə çatdırıb.
"İran XİN" teqi üzrə xəbərlər
- İran XİN Azərbaycana başsağlığı verib
- İranın xarici işlər nazirinin müavini TƏHDİD ETDİ: Edam hökmü verilə bilər
- Abbas Əraqçi: "İran Suriyaya qoşun göndərə bilər"
- İran XİN: "Suriyadakı terrorçular ABŞ ilə koordinasiyada hərəkət edirlər"
- İran XİN: "Ermənistanla mümkün qədər əlaqələri genişləndirməyə hazırıq"