Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
İraq Prezidenti Əbdüllətif Camal Rəşid İçərişəhərlə tanış olub - FOTO
Ölkəmizdə rəsmi səfərdə olan İraq Respublikasının Prezidenti Əbdüllətif Camal Rəşid noyabrın 21-də dünya mədəni irs abidələrindən biri olan İçərişəhərlə tanış olub.
AZƏRTAC xəbər verir ki, gəzinti zamanı ali qonaq orta əsr Şərq memarlığının şah əsəri, dünya əhəmiyyətli tarix-memarlıq abidəsi olan “Şirvanşahlar sarayı kompleksi”ni ziyarət edib.
Məlumat verilib ki, XV əsrin əvvəllərində inşa olunmuş tarixi abidənin tikililəri İçərişəhərin təpələrindən birinin ən hündür nöqtəsində yerləşir. O, Xəzər dənizindən və şəhərin ətrafındakı yüksəkliklərdən aydın görünür. Kompleks bu günədək öz tarixi-memarlıq üstünlüyünü saxlamaqdadır.
Kiçik Qala küçəsi ilə gəzinti zamanı İraq Prezidentinə UNESCO-nun Dünya Mədəni İrs Siyahısına daxil edilmiş “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu, burada aparılan abadlaşdırma və bərpa işləri barədə məlumat verilib. Qeyd edilib ki, İçərişəhər ərazisində müxtəlif əsrlərə aid nadir tarixi memarlıq abidələri var və bunlar dövlət tərəfindən qorunur.
Əbdüllətif Camal Rəşid burada isti təndir çörəyinə qonaq edilib.
İçərişəhərlə tanışlıq ali qonaqda xoş təəssürat yaradıb.
"İraq" teqi üzrə xəbərlər
- Prezident İlham Əliyev İraqdakı səfiri geri çağırdı
- İraq KİV: "Suriya 700 min iranlı və iraqlının vətəndaşlığını ləğv edib"
- Ərşad Salehi türk dövlətlərini İraqda səfirlik açmağa çağırdı
- İraq türkmənlərinin nümayəndəsi: "Qarabağ zəfəri bütün xalqlara ümid oldu"
- İraq Suriya hadisələrinə hərbi müdaxilə edəcək?