Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

İrəvan sülh müqaviləsinin imzalanma vaxtını müzakirə etməyə hazırdır
Ermənistan Azərbaycanla sülh sazişinin imzalanma yeri və vaxtı ilə bağlı məsləhətləşmələrə başlamaqda maraqlıdır.
Oxu.Az TASS-a istinadən xəbər verir ki, bu barədə baş nazir Nikol Paşinyanın ofisinin bəyanatında bildirilib.
"Sülh sazişinin mətni üzrə razılığın əldə edilməsi və mətnin razılaşdırılması üzrə danışıqların başa çatdırılması mühüm addımdır və Ermənistan Azərbaycanla sazişin imzalanma yeri və vaxtı ilə bağlı məsləhətləşmələrə başlamağa hazırdır", - deyə bəyanatda qeyd olunub.
Sənəddə, həmçinin Ermənistanın iki ölkə arasında sərhədin demarkasiyası üzrə işi davam etdirmək marağında olduğu vurğulanıb.
Xatırladaq ki, martın 13-də Ermənistan Xarici İşlər Nazirliyi Azərbaycanla sülh müqaviləsinin bütün 17 müddəasının razılaşdırıldığını və onun imzalanma vaxtı və yeri ilə bağlı məsləhətləşmələrə hazır olduqlarını bildirib.
"Azərbaycanla Ermənistan arasında sülh sazişi" teqi üzrə xəbərlər
- Gia Volski: "Gürcüstan Ermənistan-Azərbaycan münasibətlərinin nizamlanmasında maraqlı ölkədir"
- Paşinyandan sülh sazişi və Minsk Qrupu barədə AÇIQLAMA
- Alen Simonyan Sahibə Qafarova ilə görüşdə: "Dalana dirənmə barədə danışmağa dəyməz"
- Paşinyan: "Ermənistan və Azərbaycan arasındakı müharibəni unudun"
- Sloveniya Bakı və İrəvan arasında sülh sazişinin mətni üzrə danışıqların başa çatmasını alqışlayır