Birləşmiş Millətlər Təşkilatının (BMT) Təhlükəsizlik və Mühafizə Departamentinin nümayəndələri İrandan Azərbaycan vasitəsilə təxliyə ediliblər.
Oxu.Az "Report"a istinadən xəbər verir ki, təxliyə Astara dövlət sərhədindən buraxılış məntəqəsindən həyata keçirilib.
Təxliyə edilən BMT əməkdaşlarının sayının 18 nəfər olduğu bildirilir.






İtaliyanın İrandakı səfiri Paola Amadei və diplomatik nümayəndəliyin əməkdaşları İrandan Azərbaycan vasitəsilə təxliyə olunublar.
Oxu.Az "Report"a istinadən xəbər verir ki, təxliyə Astara dövlət sərhədindən buraxılış məntəqəsi vasitəsilə həyata keçirilib.
Məlumata görə, diplomatik nümayəndəliyin səkkiz əməkdaşı ilə yanaşı, iki mülki şəxs də təxliyə olunub.



Bolqarıstan diplomatlarının İrandan təxliyəsi həyata keçirilib.
Oxu.Az "Report"a istinadən xəbər verir ki, Bolqarıstanın İrandakı diplomatik nümayəndəliyinin 10-dan çox əməkdaşı sərhədi keçərək Astara dövlət sərhədindən buraxılış məntəqəsi vasitəsilə təhlükəsiz şəkildə Azərbaycan ərazisinə daxil olub.
Təxliyə prosesi müvafiq sənəd yoxlanışı, qeydiyyat və digər prosedurların yerinə yetirilməsi ilə həyata keçirilib. Sərhəd-keçid məntəqəsində təhlükəsiz keçidin təmin olunması üçün bütün zəruri tədbirlər görülüb.
Qeydiyyat prosedurlarından sonra diplomatlar təhlükəsiz şəkildə təyinat istiqamətlərinə yola salınıblar.



İtaliyanın İrandakı səfirliyinin 45 nəfərlik heyəti Astara dövlət sərhədindən buraxılış məntəqəsindən təxliyə edilib.
Oxu.Az bu barədə "Report"a istinadən xəbər verir.
Təxliyə prosesi müvafiq sənəd yoxlanışı, qeydiyyat və digər prosedurların yerinə yetirilməsi ilə həyata keçirilib və sərhəd-keçid məntəqəsində təhlükəsiz keçidin təmin edilməsi üçün bütün zəruri tədbirlər görülüb.
Qeydiyyat prosedurlarından sonra onlar təhlükəsiz şəkildə təyinat istiqamətlərinə yola salınıblar.
Qeyd edək ki, İranda hərbi əməliyyatların başladığı fevralın 28-i saat 08:00-dan martın 5-i 16:00-a qədər həmin ölkədən Azərbaycana təxliyə olunanların sayı 1 300-ü keçib.