ABŞ və İsrailin fevralın 28-də başlatdığı hərbi əməliyyatlar səbəbindən İrandan ümumilikdə 1 341 nəfər Azərbaycan sərhədi vasitəsilə təxliyə olunub.
Oxu.Az "Report"a istinadən xəbər verir ki, bu şəxslər 46 ölkənin vətəndaşlarıdır.
Statistikaya görə, fevralın 28-i saat 08:00-dan martın 5-i saat 18:00-a qədər davam edən prosesdə Azərbaycan sərhədini keçənlərin bölgüsü aşağıdakı kimidir:
Ən çox təxliyə olunan vətəndaşlar:
Çin: 402 nəfər
Azərbaycan: 273 nəfər
Rusiya: 262 nəfər
Tacikistan: 111 nəfər
Pakistan: 88 nəfər
Digər ölkə vətəndaşlarının sayı:
Oman: 46; İspaniya: 20; Səudiyyə Ərəbistanı: 18; İran: 11; Gürcüstan: 10; Braziliya: 8; Belarus: 7 nəfər.
BƏƏ və Slovakiya: hərəsindən 6 nəfər.
Serbiya və Nigeriya: hərəsindən 5 nəfər.
İordaniya, İsveçrə və Yaponiya: hərəsindən 4 nəfər.
Qətər, Banqladeş, Fransa, Özbəkistan, Meksika, Filippin, Qazaxıstan, Türkiyə və Xorvatiya: hərəsindən 3 nəfər.
Nepal, İtaliya, Qırğızıstan, Yəmən, Çexiya və Böyük Britaniya: hərəsindən 2 nəfər.
Polşa, Tunis, Livan, Hindistan, Myanma, Maldiv adaları, Kuba, CAR, Ukrayna, İsveç, Kanada və Almaniya: hərəsindən 1 nəfər.
İrandan Azərbaycana bu gün saat 12:00-dan 14:00-dək daha doqquz nəfərin təxliyəsi baş tutub.
Oxu.Az "Report"a istinadən xəbər verir ki, təxliyə edilənlərin beşi Azərbaycan, ikisi Qırğızıstan, biri Çin, biri isə Gürcüstan vətəndaşıdır.
Onların təxliyəsi Astara dövlət sərhədindən buraxılış məntəqəsi ilə həyata keçirilib.
Qeyd edək ki, bununla İranda hərbi əməliyyatların başladığı fevralın 28-i saat 08:00-dan martın 5-i 14:00-a qədər həmin ölkədən Azərbaycana təxliyə olunanların sayı 1326-ya çatıb.





ABŞ və İsrailin fevralın 28-də başlatdığı hərbi əməliyyatlar səbəbindən İrandan ümumilikdə 1 317 nəfər Azərbaycan sərhədi vasitəsilə təxliyə olunub.
Oxu.Az "Report"a istinadən xəbər verir ki, onlar 45 ölkənin vətəndaşlarıdır.
Belə ki, fevralın 28-i saat 08:00-dən martın 5-i saat 10:00-a qədər sərhədi 259 Azərbaycan vətəndaşı keçib.
Xatırladaq ki, fevralın 28-də İsrailin müdafiə naziri İsrael Kats İsrail Müdafiə Qüvvələrinin İrana qabaqlayıcı zərbə endirdiyini açıqlayıb. Daha sonra ABŞ Prezidenti Donald Tramp ölkəsinin də İrana qarşı hərbi əməliyyatda iştirak etdiyini bildirib.
İran isə öz növbəsində İsrailə onlarla ballistik raket atıb. İsrail Müdafiə Qüvvələri atışları təsdiqləyib, ölkə daxilində sirenlər səslənib və hava hücumundan müdafiə sistemləri işə salınıb.
Martın 1-də İranın Ali Lideri Əli Xameneinin hücumlar zamanı öldürüldüyü bəyan olunub.
İran ABŞ-nin hərbi bazalarının yerləşdiyi qonşu ölkələrin əksəriyyətinə raket zərbələri endirib. Buna görə də həmin ölkələrdə hava məkanı müvəqqəti bağlanıb.