Türkiyədə IV Antalya Diplomatiya Forumu (ADF2025) işə başlayıb.
Oxu.Az AZƏRTAC-a istinadən xəbər verir ki, Prezident Rəcəb Tayyib Ərdoğanın himayəsi və Türkiyənin Xarici İşlər Nazirliyinin (XİN) ev sahibliyi ilə keçirilən tədbir bu il "Parçalanan dünyada diplomatiyaya sahib çıxmaq" mövzusunu əhatə edir.
Bu gün Türkiyənin Antalya şəhərinin Belek kurort qəsəbəsində IV Antalya Diplomatik Forumu (ADF2025) öz işinə başlayacaq.
Oxu.Az xəbər verir ki, "Parçalanmış dünyada diplomatiyanın bərpası" mövzusunda baş tutacaq forumda 140 ölkədən 450-yə yaxın nümayəndə iştirak edəcək.
Təşkilatçılar bildiriblər ki, forum iştirakçıları arasında 20-dən çox dövlət və hökumət başçısı, 2 parlament sədri, 74 nazir, 23 nazir müavini və 11 parlament üzvü var.
Ümumilikdə forumda müxtəlif formatlarda 50-yə yaxın sessiyanın keçirilməsi nəzərdə tutulur.
Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə VI Antalya Diplomatik Forumunda iştirak etmək üçün Türkiyədə işgüzar səfərdədir.