Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

Jelka Tsviyanoviç: "Bosniya və Herseqovina ABŞ, Fransa və ya digər bir ölkənin müstəmləkəsi deyil"
"Bosniya və Herseqovina ABŞ, Fransa və ya digər bir ölkənin müstəmləkəsi deyil".
Oxu.Az "Report"a istinadla xəbər verir ki, bunu Bosniya və Herseqovina Rəyasət Heyətinin sədri Jelka Tsviyanoviç martın 13-də XII Qlobal Bakı Forumunun açılış mərasimində çıxışı zamanı deyib.
Onun sözlərinə görə, Bosniya və Herseqovinanın inkişafı xarici müdaxilədən yox, yalnız daxili dialoq və ünsiyyətdən keçir:
"Bu gün yeni dünya düzəni barədə danışarkən Bosniya və Herseqovina bir müstəmləkə kimi görünür. Bosniya və Herseqovina ABŞ, Fransa və ya digər bir ölkəyə deyil, öz xalqına məxsusdur. Xarici qüvvələrin yanlış addımları beynəlxalq ictimaiyyətdən gizlədilir. Ancaq bura bizim ölkəmizdir və onun inkişafının yeganə yolu da daxildəki vətəndaşlar arasında dil tapmaqdır".
"XII Qlobal Bakı Forumu" teqi üzrə xəbərlər
- ÜST-nin baş direktoru Trampın iddialarına cavab verib
- Baş direktor: "ABŞ maliyyə dəstəyini dayandırmaqla çox sayda insanın ölümünə səbəb olacaq"
- XII Qlobal Bakı Forumu növbəti panel müzakirəsi ilə davam edir
- Ceyhun Bayramov: "Azərbaycan Suriyanın bərpasına əlindən gələn dəstəyi göstərəcək"
- Karlo Marino: "Azərbaycan daha çox diplomatik bacarıq nümayiş etdirir"