Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

Kahramanmaraşda Prezident İlham Əliyev insanların böyük sevgisi ilə qarşılaşıb
İyunun 19-da Türkiyənin Kahramanmaraş şəhərində "Azərbaycan məhəlləsi"nin açılış mərasimində iştirak edən Azərbaycan Prezidenti İlham Əliyev insanların böyük sevgisi ilə qarşılaşıb.
Oxu.Az "Haber Global" telekanalına istinadla xəbər verir ki, mərasimdə iştirak edənlər Prezident İlham Əliyevə və Azərbaycan dövlətinə minnətdarlıqlarını bildiriblər.
Kahramanmaraşda zəlzələdən zərər görmüş bir sıra ailələrə yeni mənzillərin açarları təqdim olunması zamanı emosional anlar yaşanıb.
Açarların təqdimat mərasimində uşağın əvvəlcə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı və sonra İlham Əliyevi qucaqlaması insanların üzlərində təbəssüm yaradıb.
Qeyd edək ki, 2023-cü ilin fevralın 6-da Kahramanmaraşda baş vermiş dağıdıcı zəlzələdən sonra Azərbaycanın dəstəyi ilə "Azərbaycan məhəlləsi" salınıb.
Daha ətraflı süjetdə:

"Kahramanmaraşda Azərbaycan məhəlləsi" teqi üzrə xəbərlər
- Kahramanmaraşdan dünyaya hansı mesajlar verildi?
- Paşinyanın Türkiyə səfəri: İrəvanın sıfırdan başlayan doğru yönü
- Politoloq: "Ərdoğan-Paşinyan görüşü yığılıb qalmış problemlərin həlli üçün fürsətdir"
- İlham Əliyevin sosial şəbəkə hesablarında Türkiyəyə səfərindən görüntülər paylaşılıb
- Prezidentin Mətbuat Xidməti İlham Əliyevin Türkiyə səfərindən görüntülər paylaşıb