Kanadanın paytaxtı Ottava şəhərində Azərbaycan bayrağı dalğalandırılıb.
Oxu.Az xəbər verir ki, bu barədə məlumat Azərbaycanın Kanadadakı səfirliyinin "X" sosial şəbəkə hesabında yer alıb.
"Ottavada bayraqqaldırma mərasimi keçirilib", - deyə paylaşımda bildirilib.
Qeyd edək ki, mərasim Azərbaycanın Müstəqillik Günü ilə əlaqədar təşkil olunub.
Qaynar xətt:
(055) 224 12 12