"Bu gün çox qürurluyam. Bu qürur hissini bizə yaşatdığı üçün Prezident, Ali Baş Komandan İlham Əliyevə təşəkkür edirəm. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə can sağlığı versin!"
Bunu Oxu.Az-a açıqlamasında bu gün Ağdamın Kəngərli kəndinə geri qayıdan Könül Ağayeva deyib.
O bildirib ki, Ağdamdan məcburi köçkün düşəndə 9-10 yaşlarında olub:
"Valideynlərimlə birgə çıxdığım Ağdama anam və oğlumla geri qayıdıram. Atam rəhmətə gedib. Amma o da Ağdama köçməyi çox istəyirdi".
Qeyd edək ki, bu gün daha 49 ailə (232 nəfər) Ağdamın Kəngərli kəndinə köçürülür.
Mərahim Nəsib