Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

14 yaşlı Ağdam sakini: "Qarabağa köçürəm deyə həyəcanlıyam"
"Bu gün çox sevinirəm. Sevincimin həddi-hüdudu yoxdur. Çox böyük fəxr hissi keçirirəm ki, doğma torpağımıza geri qayıdıram".
Bunu Oxu.Az-a açıqlamasında bu gün Ağdamın Kəngərli kəndinə yola düşən 14 yaşlı Davud Nəbiyev deyib.
O bildirib ki, hazırda saz sənəti ilə məşğul olur və bundan sonra Ağdamda sənətini davam etdirmək istəyir:
"Yeni açılan Ağdam Muğam Mərkəzində musiqi sənətini davam etdirmək istəyirəm".
D.Nəbiyev Qarabağa, Ağdama köçdüyü üçün həyəcanlandığını əlavə edib:
"Bundan əvvəl də Ağdama getmişəm. Amma bu dəfə birdəfəlik gedirəm. Anam həmişə Ağdamdakı uşaqlıq xatirələrindən danışırdı. Çox maraqlı idi. Məndə də Ağdamla bağlı yaxşı təsəvvürlər yaradırdı. Şükür ki, indi özüm orada yaşayacağam".
Qeyd edək ki, bu gün daha 49 ailə (232 nəfər) Ağdamın Kəngərli kəndinə köçürülür.

Mərahim Nəsib