İşğaldan azad olunan Laçın rayonuna köç edən növbəti ailələrə evlərinin açarları təqdim edilib.
“Report” xəbər verir ki, onlara açarlar “Seyrangah” adlanan ərazidə verilib.
İşğaldan azad olunan Laçın rayonuna köç edən növbəti ailələrə evlərinin açarları təqdim edilib.“Report” xəbər verir ki, onlara açarlar “Seyrangah” adlanan ərazi...
15:33
Böyük Qayıdış çərçivəsində Laçına növbəti köç prosesi gerçəkləşib. Laçın şəhəri bu dəfə daha 10 ailəyə qucaq açıb.
AZƏRTAC-ın məlumatına görə, bu gün daha 40 nəfər laçınlının yurd həsrəti bitib. 31 ildən sonra yenidən Laçına qədəm qoyan ailələr sevinc göz yaşları ilə öz doğma yurduna qovuşublar. Onlar şəhərdə böyük coşqu ilə qarşılanıblar.
06:56
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, yenidən qurulan Laçın şəhərinə keçmiş məcburi köçkünlərin qayıdışı davam edir.
Oxu.Az xəbər verir ki, noyabrın 14-də növbəti köç karvanı Bakı şəhəri Qaradağ rayonunda yerləşən “Qobu Park-3” yaşayış kompleksindən yola salınıb.
Bu mərhələdə Laçın şəhərinə daha 10 ailə - 40 nəfər köçürülür.
Qeyd edək ki, bu günə qədər Laçın şəhərinə 315 ailənin - 1 205 nəfərin köçü təmin edilib.
Daha çox şəkil burada: PhotoStock.az
Aytac Qasımova