Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

Maliyyə nazirinə yeni müavinlər təyin edilib
Anar Mehman oğlu Kərimov əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini vəzifəsindən azad edilib.
Oxu.Az xəbər verir ki, Prezident İlham Əliyev bu barədə Sərəncam imzalayıb.
A.Kərimov maliyyə nazirinin birinci müavini təyin edilib.
Prezidentin digər Sərəncamı ilə Himalay Qabil oğlu Məmişov maliyyə nazirinin müavini təyin edilib.
Qeyd edək ki, Himalay Məmişov hazırkı vəzifəsinə qədər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun İdarə Heyətinin sədri vəzifəsində çalışıb.
Maliyyə nazirinə yeni müavinlər təyin edilib

"Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN)" teqi üzrə xəbərlər
- Azərbaycanda yüksək vəzifəyə TƏYİNAT
- Prezident İlham Əliyevin yeni Sərəncamı 2 469 şəxsə şamil olunacaq
- Bakı Xoreoqrafiya Akademiyasına yeni prorektor təyin edilib
- İkinci Dünya müharibəsi iştirakçılarına 2 500 manat veriləcək
- Zərərçəkəndən məhkəmədə ilginc açıqlama: "Bağçada müəllimlərin sayı uşaqların sayından çox idi"
Ən çox oxunanlar