Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi İnstaqram səhifəsində Xalq artisti Əlibaba Məmmədovu 90 illik yubileyi və “Şərəf” ordeni alması münasibətilə paylaşım edib.
Paylaşımda deyilir: “Dərin tarixi köklərə malik Azərbaycan xanəndəlik məktəbinin layiqli davamçısı, Azərbaycan Respublikasının Xalq artisti Əlibaba Məmmədovu 90 illik yubileyi və “Şərəf” ordeni ilə təltif olunması münasibətilə səmimi-qəlbdən təbrik edirəm!
Özünəməxsus ifa üslubu, məlahətli səsi və yüksək səhnə mədəniyyəti Əlibaba Məmmədova bütün xalqımızın böyük sevgi və hörmətini qazandırmışdır. Zəngin təcrübəsindən istifadə edərək yeni xanəndələr nəslinin yetişdirilməsi üçün əlindən gələni əsirgəməyən Əlibaba Məmmədovun muğam ifaçılığı məktəbinin inkişaf etdirilməsində böyük xidmətləri var.
Bu əlamətdar gündə sevimli xanəndəmizə ən xoş arzularımı çatdırır, ona möhkəm cansağlığı və doğma və yaxınlarının əhatəsində firavan həyat arzulayıram”.
Bu gönderiyi Instagram'da gör"Mehriban Əliyeva" teqi üzrə xəbərlər
- Xətai rayonunda Beynəlxalq Müəllimlər Günü münasibətilə "Zirvəyə Aparan İşıq" adlı tədbir keçirilib - Foto/Video
- YAP İdarə Heyətinin yeni tərkibi təsdiqləndi
- İlham Əliyev "ADEX 2026" və "Securex Caspian" sərgiləri ilə tanış olub - Foto - Video
- "Haber Global" Bakıda keçirilən "ADEX 2026" sərgisindən reportaj yayımladı -VİDEO
- "Haber Global": "Azərbaycan İkinci Qarabağ müharibəsi şəhidlərini yad edir" - VİDEO
Digər xəbərlər