“Bu gün Ermənistan silahlı qüvvələri döyüş əməliyyatları zonasından kənarda yerləşən Bərdə şəhərini raket atəşinə məruz qoyaraq humanitar atəşkəs rejiminin şərtlərini növbəti dəfə kobud şəkildə pozublar”.
Bu sözləri Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva “Instagram” hesabında ermənilərin Bərdəyə raket hücumu barədə yazıb:
“Smerç” qurğusundan buraxılmış kasetli raketlərlə atəş nəticəsində dörd mülki şəxs, o cümlədən yeddi yaşlı qız həlak olub. Dördü uşaq olmaqla on dörd nəfər ciddi xəsarət alıb.
Silahlı münaqişələr zamanı mülki şəxslərin qətlə yetirilməsi 1949-cu il Cenevrə Konvensiyalarının və bütövlükdə beynəlxalq humanitar hüquq normalarının ən kobud şəkildə pozulması deməkdir.
Erməni təcavüzkarlarının əli ilə daha neçə günahsız insan həlak olmalıdır ki, dünya birliyi bu cinayətləri dinməzcə seyr etməyə son qoysun?
Həlak olanların doğmalarına və yaxınlarına dərin hüznlə başsağlığı verirəm, yaralananların tezliklə sağalmalarını arzulayıram.
Biz öz torpağımızı təcavüzkarlardan azad edəcəyik və bu cinayətlərə son qoyacağıq.
Uca Tanrı Vətənimizi qorusun!”
View this post on Instagram"Bərdə" teqi üzrə xəbərlər
- Vətən müharibəsinin 12-ci günü: Separatçıların liderlərindən biri məhv edilir - Foto/Video
- Vətən müharibəsinin altıncı günü - Düşmənin döyüş bayrağı ələ keçirilir
- Bərdədə avtomobil evə çırpılıb: Maşını uşağın idarə etdiyi iddia olunur - VİDEO
- Sabah Yevlax və Bərdənin bəzi kəndlərində qaz olmayacaq
- Azərbaycanda bir istiqamət üzrə qatarların hərəkəti müvəqqəti DAYANDIRILIR - SƏBƏB
Digər xəbərlər