Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva Türkiyə xalqını 29 Oktyabr – Respublika Günü münasibətilə təbrik edib.
Təbrikdə deyilir:
“Qardaş Türkiyə xalqını 29 Oktyabr – Respublika Günü münasibətilə səmimi-qəlbdən təbrik edirəm!
Türkiyənin və Türkiyə xalqının hər bir azərbaycanlının qəlbində xüsusi yeri vardır. Bizi etibarlı və möhkəm dostluq, qardaşlıq telləri bağlayır. Bizim uğurlarımıza və qələbələrimizə sizin necə sevindiyinizin şahidiyik. Bizim dərdimizə necə şərik olduğunuzu görürük. Bütün bunlar Azərbaycan ilə Türkiyə Respublikası arasında birliyin, dostluğun, səmimiyyətin möhkəmliyini göstərir. Qoy xalqlarımızın dostluğu və qardaşlığı əbədi və sarsılmaz olsun! Bütün Türkiyə xalqına möhkəm cansağlığı, xoşbəxtlik və sülh arzu edirəm. Uca Tanrı xalqlarımızı qorusun!”
View this post on Instagram"Mehriban Əliyeva" teqi üzrə xəbərlər
- Birinci vitse-prezident Mehriban Əliyeva "Qağayı" tamaşasının təqdimatında iştirak edib - Foto
- Mehriban Əliyeva Türkiyənin Cümhuriyyət Bayramı münasibətilə paylaşım edib - Foto
- Mehriban Əliyeva "Mənim Abşeronum: Üstə gəl" adlı retrospektiv sərgi ilə bağlı paylaşım edib - Video
- İlham Əliyev, Mehriban Əliyeva və ailə üzvləri "Mənim Abşeronum: Üstə gəl" adlı retrospektiv sərgi ilə tanış olublar - Foto/Video
- Mehriban Əliyeva Fərhad Xəlilovu təbrik etdi - Foto
Digər xəbərlər