Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə təbrik ünvanlayıb.
Bu barədə M.Əliyeva özünün “İnstagram” hesabında paylaşım edib.
Birinci vitse-prezident bildirib:
“Beynəlxalq Qadınlar Günü münasibətilə sizin hamınızı səmimi-qəlbdən təbrik edirəm! Siz zəriflik, sədaqət, xeyirxahlıq, mənəvi saflıq, gözəllik və ülvilik rəmzi olan “qadın” sözünün ucalığını ləyaqətlə qoruyursunuz”.
M.Əliyeva əlavə edib ki, Vətənimiz üçün layiqli oğullar tərbiyə etmiş analara ən xoş arzularını çatdırır:
“Vətən müharibəsi günlərində siz misli görünməmiş mətanət, fədakarlıq və möhkəm iradə nümayiş etdirdiniz. Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olmuş qəhrəmanların analarının qarşısında baş əyirəm.
Sizin hər birinizə möhkəm cansağlığı və ailə səadəti arzulayıram! Uca Tanrı sizi və sizin doğmalarınızı qorusun!”,-deyə M.Əliyeva əlavə edib.
View this post on Instagram
"Mehriban Əliyeva" teqi üzrə xəbərlər
- Prezident İlham Əliyevin Vyetnama səfəri başa çatıb - Video
- Azərbaycanın və Vyetnamın birinci xanımları Hanoyda İrs Evində olublar - Foto/Video
- Mehriban Əliyeva və qızlarından Vyetnam mədəniyyətinə zərif ehtiram - Foto
- Vyetnam Prezidenti: "Tamamilə əminəm ki, Azərbaycan bundan da böyük inkişafa nail olacaq"
- To Lam: "Azərbaycan həm Avropanın, həm də Asiyanın bənzərsiz mədəni irsini daşıyan inci hesab olunur"
Digər xəbərlər