Xəzər dənizindən hasil olunan təbii qazın Avropa İttifaqına nəqlinin artırılması imkanları Almaniya kansleri Angela Merkelin Azərbaycana səfəri zamanı əsas müzakirə mövzularından biri olacaq.
Oxu.Az-ın TASS-a istinadən verdiyi xəbərə görə, bunu Britaniyanın “Financial Times” nəşri yüksək çinli alman rəsmisinə istinadən yazıb.
Onun sözlərinə görə, Almaniya Cənub Qaz Dəhlizi layihəsinə ciddi maraq göstərir:
“Berlin istərdi ki, bu boru xətti ilə Avropa həmçinin Türkmənistan və İran qazını ala bilsin”.
“Financial Times” qeyd edir ki, Berlin Almaniya şirkətlərinin “Şimal axını-2” kəmərinin tikintisi layihəsində iştirakına görə Vaşinqtonun daha çox təzyiqi ilə üzə-üzə qalır. Almaniya hökumətinə həmçinin Avropaya qaz nəqlinin şaxələndirilməsində maraqlı olan Brüssel təzyiq göstərir.
Qeyd edək k, bu həftə A. Merkel Gürcüstan, Ermənistan və Azərbaycana səfər edəcək.