Mətbuat Şurasının 7 fevral Prezident seçkiləri ilə bağlı yaratdığı “qaynar xətt” rejimi fəaliyyətini başa vurub.
Şuradan Oxu.Az-a verilən xəbərə görə, gün ərzində səsvermə prosesini işıqlandıran media vasitələrinin təmsilçilərindən MŞ-nin bu rejimdə işləmiş (012) 441 35 96 şəhər, (050) 242 09 91 və (055) 789 85 03 mobil nömrələrinə cəmi bir müraciət daxil olub. Həmin müraciət üzrə müəyyənləşdirilib ki, xarici media vasitəsi ölkəmizdə akkreditasiyadan keçmədiyindən, onun seçkini işıqlandırması qeyri-mümkündür. Bununla əlaqədar müraciət müəllifi məlumatlandırılıb, ona qanunvericiliyin tələbləri izah edilib. Qeyd edək ki, “qaynar xətt” rejimi səsvermənin başlandığı 08.00-dan, başa çatdığı 19.00-dək jurnalistlərin ixtiyarında olub.
Mətbuat Şurasının İdarə Heyətinin jurnalist və müşahidəçi kimi qeydiyyatdan keçmiş üzvləri də paytaxtdakı və bölgələrdəki seçki məntəqələrində jurnalistlərə prosesi işıqlandırmaları üçün yaradılmış şəraiti müşahidə ediblər. MŞ sədri Rəşad Məcid və Şuranın İdarə Heyətinin üzvü Vüqar Rəhimzadə 35 saylı Xətai Üçüncü Seçki Dairəsinin 5, 6, 7, 9, 10 və 32 saylı məntəqələrində, MŞ sədrinin müavinlərindən Səadət Məmmədova 21 saylı Nəsimi-Binəqədi Seçki Dairəsinin 37 saylı məntəqəsində, Vüqar Zifəroğlu 22 saylı Nəsimi-Yasamal Seçki Dairəsinin 29 saylı seçki məntəqəsində, MŞ İdarə Heyətinin üzvlərindən Əflatun Amaşov 21 saylı Nəsimi Birinci Seçki Dairəsinin 17 saylı seçki məntəqəsində, Rauf Arifoğlu 35 saylı Xətai Üçüncü Seçki Dairəsinin 10 saylı məntəqəsində, Umud Rəhimoğlu 124 saylı Şuşa-Ağdam-Xocalı-Xocavənd seçki dairəsinin 106 və 107 saylı məntəqələrində, Akif Aşırlı Yasamal Birinci Seçki Dairəsindəki 28, 29 və 30 saylı seçki məntəqələrində, Ceyhun Musaoğlu həmin seçki dairəsinin 105 saylı məntəqəsində, 122 saylı Xankəndi Seçki Dairəsinin 14 saylı məntəqəsində, Müşfiq Ələsgərli 7 saylı Səbail Seçki Dairəsinin 23 saylı məntəqəsində, Azər Həsrət 18 saylı Nərimanov-Nizami-Binəqədi Seçki Dairəsinin 28, 29, 31 və 32 saylı seçki məntəqələrində, Aqil Ələsgər 23 saylı Nəsimi-Səbail Seçki Dairəsinin 37 saylı məntəqəsində, Hacıbəy Heydərli 8 saylı Binəqədi Birinci Seçki Dairəsinin 16 saylı məntəqəsində, Aydın Quliyev 22 saylı Yasamal Seçki Dairəsinin 30, 31 və 35 saylı seçki məntəqələrində, Qulu Məhərrəmli həmin dairənin 5 və 6 saylı məntəqələrində, Yadigar Məmmədli 7 saylı Səbail Seçki Dairəsinin 11, 12, 13, 14 və 15 saylı məntəqələrində, Bəhruz Məmmədzadə 48 saylı Abşeron Seçki Dairəsinin müxtəlif məntəqələrində, Şuranın Nəzarət-Təftiş Komissiyasının sədri Rey Kərimoğlu 124 saylı Şuşa-Ağdam-Xocalı-Xocavənd seçki dairəsinin 106 və 107 saylı məntəqələrində olublar. Onlar jurnalistlərin sərbəst şəkildə peşə fəaliyyətlərini yerinə yetirdiklərini qeydə alıb, mövcud istiqamətdə heç bir problem aşkarlamayıblar.
17:27
Saat 16:00-dək səsvermə prosesini işıqlandıran media vasitələrinin təmsilçilərindən Mətbuat Şurasının telefon nömrələrinə cəmi bir müraciət daxil olub. Həmin müraciət üzrə müəyyənləşdirilib ki, xarici media vasitəsi ölkəmizdə akkreditasiyadan keçmədiyindən, onun seçkini işıqlandırması mümkünsüz hesab edilib. Bununla əlaqədar müraciət müəllifi məlumatlandırılıb, ona qanunvericiliyin tələbləri izah olunub.
Oxu.Az xəbər verir ki, bu barədə Mətbuat Şurası məlumat yayıb.
Bildirilib ki, Mətbuat Şurasının “qaynar xətt” rejimində fəaliyyət göstərən (012) 441 35 96 şəhər, (050) 242 09 91 və (055) 789 85 03 mobil nömrələri saat 08:00-dan başlayaraq jurnalistlərin ixtiyarındadır.
Qeyd edək ki, “qaynar xətt” rejimində fəaliyyət göstərən telefon nömrələrinə daxil olan müraciətlərin araşdırılması üçün Mətbuat Şurası Mərkəzi Seçki Komissiyası və digər əlaqədar qurumlarla daimi əlaqədə olacaq və peşə vəzifəsini yerinə yetirən jurnalistlərin tam sərbəst şəkildə fəaliyyət göstərmələri üçün bütün tədbirlər görüləcək.
Mətbuat Şurasının İdarə Heyətinin jurnalist və müşahidəçi kimi qeydiyyatdan keçmiş üzvləri də paytaxtdakı və bölgələrdəki seçki məntəqələrində jurnalistlərə prosesi işıqlandırmaları üçün yaradılmış şəraiti müşahidə ediblər. Şuranın sədri Rəşad Məcid və İdarə Heyətinin üzvü Vüqar Rəhimzadə 35 saylı Xətai Üçüncü Seçki Dairəsinin 5, 6, 7, 9, 10 və 32 saylı məntəqələrində, müavinlərdən Səadət Məmmədova 21 saylı Nəsimi-Binəqədi Seçki Dairəsinin 37 saylı məntəqəsində, Vüqar Zifəroğlu 22 saylı Nəsimi-Yasamal Seçki Dairəsinin 29 saylı seçki məntəqəsində, İdarə Heyətinin üzvlərindən Əflatun Amaşov 21 saylı Nəsimi Birinci Seçki Dairəsinin 17 saylı seçki məntəqəsində, Rauf Arifoğlu 35 saylı Xətai Üçüncü Seçki Dairəsinin 10 saylı məntəqəsində, Umud Rəhimoğlu 124 saylı Şuşa-Ağdam-Xocalı-Xocavənd seçki dairəsinin 106 və 107 saylı məntəqələrində, Ceyhun Musaoğlu həmin seçki dairəsinin 105 saylı məntəqəsində, 122 saylı Xankəndi Seçki Dairəsinin 14 saylı məntəqəsində, Müşfiq Ələsgərli 7 saylı Səbail Seçki Dairəsinin 23 saylı məntəqəsində, Azər Həsrət 18 saylı Nərimanov-Nizami-Binəqədi Seçki Dairəsinin 28, 29, 31 və 32 saylı seçki məntəqələrində, Aqil Ələsgər 23 saylı Nəsimi-Səbail Seçki Dairəsinin 37 saylı məntəqəsində, Hacıbəy Heydərli 8 saylı Binəqədi Birinci Seçki Dairəsinin 16 saylı məntəqəsində, Aydın Quliyev 22 saylı Yasamal Seçki Dairəsinin 30, 31 və 35 saylı seçki məntəqələrində, Qulu Məhərrəmli həmin dairənin 5 və 6 saylı məntəqələrində, Yadigar Məmmədli 7 saylı Səbail Seçki Dairəsinin 11, 12, 13, 14 və 15 saylı məntəqələrində, Bəhruz Məmmədzadə 48 saylı Abşeron Seçki Dairəsinin müxtəlif məntəqələrində, Şuranın Nəzarət-Təftiş Komissiyasının sədri Rey Kərimoğlu 124 saylı Şuşa-Ağdam-Xocalı-Xocavənd seçki dairəsinin 106 və 107 saylı məntəqələrində olublar. Onlar jurnalistlərin sərbəst şəkildə peşə fəaliyyətlərini yerinə yetirdiklərini qeydə alıb, heç bir problem aşkarlamayıblar.
Mətbuat Şurası gün ərzində “qaynar xətt”in fəaliyyəti və Şuranın İdarə Heyətinin üzvlərinin müşahidələri ilə bağlı əlavə məlumat verəcək.
12:56
Saat 12:00-dək səsvermə prosesini işıqlandıran media vasitələrinin təmsilçilərindən Mətbuat Şurasının (MŞ) telefon nömrələrinə hər hansı zəng daxil olmayıb.
Oxu.Az xəbər verir ki, bu barədə Mətbuat Şurası məlumat yayıb.
Bildirilib ki, Mətbuat Şurasının “qaynar xətt” rejimində fəaliyyət göstərən (012) 441 35 96 şəhər, (050) 242 09 91 və (055) 789 85 03 mobil nömrələri saat 08:00-dan başlayaraq jurnalistlərin ixtiyarındadır.
Qeyd edək ki, “qaynar xətt” rejimində fəaliyyət göstərən telefon nömrələrinə daxil olan müraciətlərin araşdırılması üçün Mətbuat Şurası Mərkəzi Seçki Komissiyası və digər əlaqədar qurumlarla daimi əlaqədə olacaq və peşə vəzifəsini yerinə yetirən jurnalistlərin tam sərbəst şəkildə fəaliyyət göstərmələri üçün bütün tədbirlər görüləcək.
Mətbuat Şurasının İdarə Heyətinin jurnalist və müşahidəçi kimi qeydiyyatdan keçmiş üzvləri də paytaxt və bölgələrdəki seçki məntəqələrində jurnalistlərə prosesi işıqlandırmaları üçün yaradılmış şəraiti müşahidə ediblər. MŞ sədri Rəşad Məcid və Şuranın idarə heyətinin üzvü Vüqar Rəhimzadə 35 saylı Xətai üçüncü seçki dairəsinin 5, 6, 7, 9, 10 və 32 saylı məntəqələrində, MŞ idarə heyətinin üzvlərindən Əflatun Amaşov 21 saylı Nəsimi birinci seçki dairəsinin 17 saylı seçki məntəqəsində, Rauf Arifoğlu 35 saylı Xətai üçüncü seçki dairəsinin 10 saylı məntəqəsində, Umud Rəhimoğlu 124 saylı Şuşa-Ağdam-Xocalı-Xocavənd seçki dairəsinin 106 və 107 saylı məntəqələrində, Ceyhun Musaoğlu həmin seçki dairəsinin 105 saylı məntəqəsində, Müşfiq Ələsgərli 7 saylı Səbail seçki dairəsinin 23 saylı məntəqəsində, Azər Həsrət 18 saylı Nərimanov-Nizami-Binəqədi seçki dairəsinin 29 saylı seçki məntəqəsində, Aqil Ələsgər 23 saylı Nəsimi-Səbail seçki dairəsinin 37 saylı məntəqəsində, Hacıbəy Heydərli 8 saylı Binəqədi birinci seçki dairəsinin 16 saylı məntəqəsində, Şuranın nəzarət-təftiş komissiyasının sədri Rey Kərimoğlu 124 saylı Şuşa-Ağdam-Xocalı-Xocavənd seçki dairəsinin 106 və 107 saylı məntəqələrində olublar. Onlar jurnalistlərin sərbəst şəkildə peşə fəaliyyətlərini yerinə yetirdiyini qeydə alıb, heç bir problem aşkarlamayıblar.
Mətbuat Şurası gün ərzində “qaynar xətt”in fəaliyyəti və Şuranın idarə heyətinin üzvlərinin müşahidələri ilə bağlı əlavə məlumat verəcək.