Ukraynada səfərdə olan Azərbaycan Milli Məclisinin deputatları Rüfət Quliyev, Sabir Hacıyev, Razi Nurullayev, Kamran Bayramov bu gün Kiyev vilayətinin Buça və İrpen şəhərində olublar.
“Report”un məlumatına görə, onları Ukrayna Ali Radasının deputatı Volodimir Kreydenko, Ukrayna-Azərbaycan Parlamentlərarası İşçi qrupunun katibi, Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun sədri Hikmət Cavadov, habelə hər iki şəhərin rəhbərliyi müşayiət edib.
Qonaqlar ötən ilin mart ayında Rusiya ordusunun vilayətə hücumu zamanı törətdiyi qırğının və dağıntının izləri, o cümlədən aparılan bərpa işləri ilə tanış olublar.
Nümayəndə heyəti İrpen şəhərində akademik Zərifə Əliyeva adına liseyi və parkı da ziyarət ediblər.
Qeyd edək ki, səfər çərçivəsində azərbaycanlı deputatların Ukrayna Ali Radasının rəhbərliyi, ukraynalı deputatlar və Azərbaycan diasporu ilə görüşləri də nəzərdə tutulur.
Ukraynada səfərdə olan Azərbaycan Milli Məclisinin deputatları Rüfət Quliyev, Sabir Hacıyev, Razi Nurullayev, Kamran Bayramov bu gün Kiyev vilayətinin Buça və İ...