Moldova prezidenti İqor Dodonun Azərbaycana rəsmi səfərinin vaxtı məlum olub.
Oxu.Az xəbər verir ki, diplomatik mənbələrdən APA-ya daxil olan məlumata görə, Moldova lideri iyunun 21-22-də Azərbaycanda səfərdə olacaq.
Səfər proqramı hələlik açıqlanmayıb.
15:46
Moldova prezidenti İqor Dodon Azərbaycana gəlir.
Oxu.Az APA-ya istinadən xəbər verir ki, bu barədə o, ötən gün “NTV-Moldova” kanalının canlı yayımında bildirib.
Prezident gələn həftə Moskvaya, oradan isə Azərbaycana səfər edəcəyini deyib, səfərin dəqiq tarixini isə açıqlamayıb.
A.M.