İran Azərbaycanla Ermənistan arasındakı iqtisadi əlaqələri hər zaman dəstəkləyib.
Oxu.Az "Report"a istinadən xəbər verir ki, bunu İranın xarici işlər nazirinin müavini Vahid Cəlalzadə Bakıda mətbuat üçün keçirilən brifinqdə deyib.
O bildirib ki, İran sülh və sabitliyə əsaslanan bütün addımları dəstəkləyir: "Cənubi Qafqazda sülh və əmin-amanlığın tərəfdarıyıq".
Nazirin müavini həmçinin qeyd edib ki, Ağbənd-Kəlalə körpüsünün tikintisinin Novruz bayramına qədər tamamlanması planlaşdırılır.
Onun sözlərinə görə, hazırda orada dörd zolaqdan ibarət yolun salınması üçün işlər gedir.