"Prezidentin Avropa Siyasi Birliyinin konfransında iştirak edəcəyi ilə bağlı məlumatım yoxdur".
Oxu.Az xəbər verir ki, bunu xarici işlər naziri Ceyhun Bayramov 2025-ci ilin yekunlarına dair keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırarkən deyib.
O bildirib ki, Avropa Siyasi Birliyinin formatı kifayət qədər yeni formatdır:
"Formatın mahiyyəti ondan ibarətdir ki, iştirakla bağlı dəvətlər birbaşa dövlət başçılarına ünvanlanır.
Məndə olan məlumata əsasən, tədbirin 2026-cı ilin may ayının əvvəlində İrəvanda keçirilməsi nəzərdə tutulur. Lakin mövcud məlumata görə, cənab Prezidentin təqvimində belə bir səfər hazırda nəzərdə tutulmayıb. Bununla belə, cənab Prezidentin rəsmi iş qrafiki və planları ilə bağlı daha dəqiq məlumatı Prezident Administrasiyası verə bilər.
Mənim bildiyimə əsasən, hazırda bu istiqamətdə konkret bir plan mövcud deyil".
Aygün Mirakif