Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

Novruz Məmmədov: Dünyanı indiki vəziyyətə salan Qərb liderlərinin səhvləridir
Deyirlər Bleyer “səhvinə” görə üzr istəyib. Amma bu nə 1-ci “səhvdir”, nə də sonuncu. Bundan da böyük “səhvlər” olub.
Oxu.Az-ın xəbərinə görə, bu barədə Azərbaycan Prezidenti Administrasiyası rəhbərinin müavini, xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov “twitter” səhifəsində yazıb.
N. Məmmədov qeyd edib ki, son illər Qərbdə rəhbərlərin belə səhvlərinin sayı-hesabı yoxdur:
"Dünyanı indiki vəziyyətə salan da elə bilə-bilə edilən bu səhvlərdir”.
Xatırladaq ki, Böyük Britaniyanın sabiq baş naziri Toni Bleyer bu yaxınlarda verdiyi müsahibə zamanı İraq müharibəsində baş verənlərə görə üzr istəyib və İŞİD-in baş qaldırmasında qismən günahkar olduğu barədə fikirlər səsləndirib.
www.oxu.az