Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
Ombudsman: “Ermənistana təzyiq artırılmalıdır”
Ermənistanın otuz ilə yaxın işğal dövründə torpaqlarımızda basdırdığı minalar mülki şəxslərin və hərbi qulluqçuların həyat və sağlamlığına ciddi təhlükə yaratmaqda davam edir.
Bunu Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Ağdamın Əhmədağalı kəndində baş vermiş mina partlayışına münasibət bildirərkən söyləyib.
“Növbəti mina qurbanı təsərrüfatla məşğul olan mülki şəxs olub. Belə ki, 2024-cü il 3 mart tarixində Ağdam rayonunun Əhmədağalı kəndi ərazisində baş vermiş mina partlayışı nəticəsində bir mülki şəxs ağır yaralanıb.
İkinci Qarabağ müharibəsindən indiyədək 340-dan çox soydaşımız minaya düşərək həlak olub və ya xəsarət alıb.
Beynəlxalq ictimaiyyət Ermənistan hakimiyyətinə torpaqlarımızda basdırılmış minaların dəqiq xəritələrini ölkəmizə təqdim etməsi üçün ciddi təzyiq göstərməlidir”, - hüquq müdafiəçisi qeyd edib.
"Ağdam" teqi üzrə xəbərlər
- Ağdamda beş yeni məhəllə salınır: Şəhər sıfırdan inşa edilir - GÖYDƏLƏNLƏR UCALDILIR
- Ağdam şəhərində 107 milyon manatlıq layihələrin icrasına başlanılır
- Milli Qəhrəman Allahverdi Bağırovun bacısı vəfat edib
- Ağdamın bir kəndində 7 milyon manata qeyri-yaşayış binaları tikiləcək
- Ağdamda ağır xəstə özünü öldürdü