Peşə təhsilinə cəlb edilmiş məhkumlar cəzaçəkmə müəssisələrində ödənişli fəaliyyətə cəlb olunacaqlar.
Oxu.Az xəbər verir ki, bu məlumat Prezident İlham Əliyevin sərəncamı ilə təsdiq edilmiş "Cəzaçəkmə müəssisələrində peşə təhsilinin keyfiyyətinin yüksəldilməsinə və mövcud infrastrukturun təkmilləşdirilməsinə dair 2025-2030-cu illər üçün Fəaliyyət Planı"nda yer alıb.
Bildirilib ki, peşə təhsilinə cəlb edilmiş məhkumların haqqı ödənilən fəaliyyətə cəlb edilməsi onların islah edilməsində və azadlığa buraxıldıqdan sonra əmək bazarında asanlıqla iş tapmasında əhəmiyyətli rol oynaya bilər.
Bunun üçün peşə təhsilinə cəlb edilmiş məhkumların əmək bazarına çıxışını təmin edən müvafiq informasiya sisteminin yaradılacaq.