"Biz Ermənistanın işğalçı qüvvələrinin xalqımıza, şəhərlərimizə qarşı etdiklərini heç vaxt yaddan çıxarmayacağıq, 65 məscidin dağıdılmasını yaddan çıxarmayacağıq".
Oxu.Az AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının açılış mərasimində çıxışında deyib.
Onların məscidlərdə donuz və digər heyvanlar saxladıqlarını vurğulayan dövlətimizin başçısı bunu heç zaman yaddan çıxarmayacağımızı söyləyib.
Qaynar xətt:
(055) 224 12 12