Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

Prezident: "Bizim qaz təchizatımızın Avropadakı coğrafiyası birmənalı olaraq genişlənəcək"
"Bu gün Azərbaycan təbii qazı 12 ölkəyə çatdırır. Onlardan 10-u Avropa ölkəsidir, 8-i isə Avropa İttifaqının üzvləridir".
Oxu.Az AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 11-ci və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 3-cü iclaslarında söyləyib.
"Bizim qaz təchizatımızın Avropadakı coğrafiyası birmənalı olaraq genişlənəcək, çünki biz artıq qazpaylama şəbəkəsinin yaradılmasında bəzi Avropa ölkələrində işləyirik. Onların bəzilərində yoxdur, digərləri isə genişləndirilməlidir. Azərbaycan bunu etməyi planlaşdırır. Beləliklə, bizim qaz təchizatının coğrafiyası birmənalı olaraq genişlənəcək".
"İlham Əliyev" teqi üzrə xəbərlər
- Azərbaycanın yeni hərbi prokuroru kollektivə təqdim olundu
- Əmanətlərin Sığortalanması Fondunun yeni icraçı direktoru KİMDİR?
- Tural Piriyev Əmanətlərin Sığortalanması Fondunun icraçı direktoru təyin edildi
- Pulsuz evlərin verilməsi 2030-cu ilədək davam etdiriləcək - Sərəncam kimlərə şamil olunur?
- İlham Əliyev Paraqvay prezidentini təbrik etdi