"Ötən il mənim Çin Xalq Respublikasına dövlət səfərimdən və hərtərəfli strateji tərəfdaşlıq haqqında bəyannamənin imzalanmasından sonra bir çox sahələrdə, o cümlədən siyasi, iqtisadi, nəqliyyat və bütün digər sahələrdə addımlar atılmağa başlandı".
Oxu.Az AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında bildirib.
"Biz bundan çox məmnunuq, buna böyük əhəmiyyət veririk", - deyən dövlətimizin başçısı əlavə edib ki, bu gün daha çox sayda Çin şirkəti Azərbaycanda fəaliyyət göstərir.
Qaynar xətt:
(055) 224 12 12