Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

Prezident: "COP zamanı Qlobal Cənub ilə Qlobal Şimal arasında ünsiyyətin qurulmasına nail olduq"
"COP zamanı digər mühüm nailiyyət karbon bazarının funksional edilməsi ilə bağlı nailiyyət idi və bu, razılaşdırıla bilmirdi. Bununla bağlı razılıq məhz Azərbaycanda əldə olundu, bizim sədrliyimiz zamanı, bizə olan etimad sayəsində baş verdi".
Oxu.Az AZƏRTAC-a istinadən xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev ADA Universitetində keçirilən "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forumda çıxışı zamanı səsləndirib.
"Biz, həmçinin Qlobal Cənub ilə Qlobal Şimal arasında ünsiyyətin qurulmasına nail olduq. Bu da qarşımıza qoyduğumuz vəzifənin icrası idi. COVID-i idarə etmək, COP-a ev sahibliyi etmək, - yeri gəlmişkən, ilin sonuna qədər biz sədrlik edəcəyik, - bütün bunlar onu göstərir ki, gündəliyimiz aydındır. Biz səylərimizə olan müsbət reaksiyanı bir çox Afrika dövlətlərindən də gördük. Afrika dövlətləri ilə sıx əlaqələrin qurulması siyasəti artıq müəyyənləşdirilib", - deyə dövlətimizin başçısı əlavə edib.
"VII ADA Siyasi Forumu" teqi üzrə xəbərlər
- İlham Əliyevin iştirakı ilə VII ADA Siyasi Forumu keçirilib
- İlham Əliyev VII ADA Siyasi Forumu ilə bağlı paylaşım etdi
- Prezident: "Şimali Kiprdəki qardaşlarımızı əmin etmək istəyirəm ki, biz hər zaman onlarla olacağıq"
- Azərbaycan Prezidenti: "Biz Suriya hökumətini dəstəkləyirik"
- Prezident: "USAID tamamilə korrupsiyaya uğramış bir təşkilatdır"