Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

Prezident dövlət agentliyinə 1.5 milyon manat ayırdı
Prezident İlham Əliyev Cəlilabad rayonunun Sərhədabad - Əliabad - Zəhmətabad - Soltankənd avtomobil yolunun əsaslı təmiri ilə bağlı tədbirlər haqqında Sərəncam imzalayıb.
Oxu.Az bununla bağlı President.az-a istinadən xəbər verir.
Sərəncama əsasən, yeddi min nəfər əhalinin yaşadığı 9 yaşayış məntəqəsini birləşdirən Sərhədabad - Əliabad - Zəhmətabad - Soltankənd avtomobil yolunun əsaslı təmiri məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 10 yanvar tarixli 445 nömrəli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü"nün 1.19.21-ci yarımbəndində göstərilmiş məbləğin ilkin olaraq 1.5 milyon manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılıb.
"İlham Əliyev" teqi üzrə xəbərlər
- Prezident İlham Əliyevin Çinə dövlət səfəri başa çatıb
- Türkmənistanın nüfuzlu informasiya portalı Prezident İlham Əliyevin Çinə səfərini işıqlandırıb
- Deputat: "Bəzi qüvvələr Azərbaycana qarşı hibrid təhdidlər yaratmağa başladılar"
- İlham Əliyev Pekində "China Energy Engineering Corporation Limited" şirkətinin sədri ilə görüşüb
- Azərbaycan Prezidentinin Çinə dövlət səfəri dünya mediasında