“Qəbələ” futbol klubu gənc komandadır. Onun Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazanması böyük uğurdur”.
Oxu.Az-ın məlumatına görə, bunu Azərbaycan prezidenti İlham Əliyev Avropa Futbol Assosiasiyaları İttifaqının (UEFA) prezidenti Aleksander Çeferinlə görüşdə deyib.
A.Çeferin isə UEFA Avropa Liqasının qrup mərhələsi çərçivəsində “Qəbələ”-“Maynz” oyununu izlədiyini və oyunun yaxşı keçdiyini bildirib.
N.O.