Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

Prezidentdən mühüm mesaj: "Yaşadığımız bölgədə bizimlə bu gün hesablaşmayan sabah peşman olur"
"Bu, (Vətən müharibəsində Zəfər - red.) bizim hamımızın Qələbəsidir. Azərbaycan xalqı bu Qələbəni əldə etməklə öz tarixi böyüklüyünü bütün dünyaya nümayiş etdirdi".
Oxu.Az AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Ağdam Muğam Mərkəzinin açılışında çıxışı zamanı bildirib.
Dövlətimizin başçısı qeyd edib: "Təsadüfi deyil ki, Azərbaycana dünyada olan münasibət, - hətta bizə düşmənçilik edən dairələr, qüvvələr, ölkələr bilirlər ki, biz ləyaqətli xalqıq, hörmətə layiq olan xalqıq və bizimlə hesablaşmaq lazımdır. Ən azı yaşadığımız bölgədə bizimlə bu gün hesablaşmayan sabah peşman olur".
"İlham Əliyevin Qarabağ səfəri" teqi üzrə xəbərlər
- Prezident "Qarabağ" mahnısını ifa etdi
- İlham Əliyev şəhid atalarının dəstəyindən danışarkən kövrəldi
- Mehriban Əliyeva İlham Əliyevlə Ağdama səfərindən görüntülər paylaşıb
- İlham Əliyev və Mehriban Əliyeva Ağdam Muğam Mərkəzinin açılışında iştirak ediblər
- İlham Əliyevin sosial şəbəkə hesablarında Ağdam Muğam Mərkəzinin açılışından görüntülər paylaşılıb