Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

Prezidentin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Rusiya XİN-də görüş keçirib
Aprelin 8-də Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin Moskvada işgüzar səfərdə olan Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Xələf Xələfov ilə görüş keçirib.
Bu barədə Oxu.Az Rusiya Xarici İşlər Nazirliyinin (XİN) saytına istinadən xəbər verir.
Tərəflər 2022-ci il fevralın 22-də iki dövlətin rəhbərləri tərəfindən imzalanmış "Azərbaycan Respublikası və Rusiya Federasiyası arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında" Bəyannaməyə uyğun olaraq, Moskva ilə Bakı arasında münasibətlərin mütərəqqi şəkildə möhkəmləndirilməsi üzrə gələcək fəal birgə işə qarşılıqlı qərarlığı təsdiqləyiblər.
Bundan başqa, siyasi dialoqun dərinləşdirilməsi, ticari-iqtisadi əməkdaşlığın artırılması məsələləri nəzərdən keçirilib. Respublikada Rusiyanın mədəni, humanitar və informasiya mövcudluğunun praktiki aspektlərinə xüsusi diqqət ayrılıb.
Cənubi Qafqazda və Xəzər dənizi regionunda sabitliyin və təhlükəsizliyin təmin edilməsi istiqaməti üzrə birgə işin vacibliyi qeyd edilib.