Rusiya prezidenti Vladimir Putinin hər il keçirilən ənənəvi böyük mətbuat konfransının vaxtı məlum olub.
Oxu.Az-ın APA-nın Moskva müxbirinə istinadən verdiyi məlumata görə, Putinin mətbuat konfransı dekabrın 14-də keçiriləcək.
Akkreditasiya müddəti dekabrın 1-də Moskva vaxtı ilə 17:00-da başa çatacaq.
Qeyd edək ki, Rusiya prezidenti Vladimir Putin hər ilin sonunda yerli və xarici KİV-lər üçün böyük mətbuat konfransı keçirir.
N.О.