Qarabağ Dirçəliş Fondunun Müşahidə Şurasının tərkibi ilə bağlı sərəncamda dəyişiklik edilib.
Oxu.Az President.az-a istinadən xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb.
Sənədə əsasən, "Qarabağ Dirçəliş Fondunun Müşahidə Şurasının tərkibinin təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 4 yanvar tarixli 2407 nömrəli Sərəncamından "ekologiya və təbii sərvətlər naziri" sözləri çıxarılıb və Muxtar Babayevin Azərbaycan Respublikası Prezidentinin iqlim məsələləri üzrə nümayəndəsi olduğu qeyd olunub.
Eyni zamanda, sənədin altıncı abzasından "Dağlıq Qarabağın Azərbaycanlı İcması İctimai Birliyinin sədri" sözləri çıxarılıb.