Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Qarabağdakı separatçılardan biri Azərbaycan hüquq-mühafizə orqanlarına təslim olacağını bildirib
Qarabağdakı separatçıların rəhbərinin “müşaviri” David Babayan sosial şəbəkələrdə könüllü olaraq Azərbaycan hüquq-mühafizə orqanlarının əməkdaşlarına təslim olacağını bildirib.
O qeyd edib ki, Xankəndidən Şuşaya azərbaycanlı müstəntiqlərin apardığı araşdırma üçün gedir.
“Hamınız bilirsiniz ki, mən Azərbaycanın qara siyahısına düşmüşəm və Azərbaycan tərəfi müvafiq araşdırma aparılması üçün mənim Bakıya gəlməyimi tələb edib. Mənim oraya getməməyim və ya daha da pis, qaçmağım xalqımıza, bir çox insanlara ciddi ziyan vuracaq. Ona görə də mən təslim olmaq qərarına gəlmişəm”, - deyə Babayan qeyd edib.
"Qarabağ" teqi üzrə xəbərlər
- Mənbicli gəncin Azərbaycan bayraqlı, "Qarabağ" yazılı köynəyi diqqət çəkdi
- Yassin Benziya: "Keçmiş klubuma qarşı matç mənim üçün çox maraqlı olacaq"
- Politoloq: "Kəlbəcərin döyüşsüz azad olunması Azərbaycanın siyasi, hərbi və iqtisadi qələbəsidir"
- "Kurtlar Vadisi"nin məşhur aktyoru: "Qarabağla bağlı film çəkəcəyik"
- Türkiyəli fermerdən Azərbaycanın Zəfər Günü ilə bağlı maraqlı addım
Ən çox oxunanlar