Qərbi Azərbaycan İcması Avropa Parlamentinin (AP) Azərbaycana qarşı qərəzli və əsassız çağırışına qarşı bəyanat verib.
Oxu.Az xəbər verir ki, bəyanatda deyilir:
"AP-nin bir qrup deputatı Azərbaycanı "bütün erməni məhbusları"nı azad etməyə çağıran bəyanat verib.
Biz bu çağırışı, ilk öncə Ermənistanın Azərbaycan ərazilərinin işğalına, törətdiyi etnik təmizləməyə, hərbi cinayətlərə göz yumulması və təşviq edilməsi kimi qiymətləndiririk. Ədalət təmin edilmədən sülhə nail olmaq mümkün deyil. Bu günlərdə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş erməniəsilli şəxslər keçən əsrin sonundan başlayaraq bütöv bir regionu sonsuz faciələrə, eləcə də biz Qərbi azərbaycanlıların öz dədə-baba yurdlarından deportasiya olunmasına düçar etmiş "miatsum" ideologiyasının daşıyıcıları və icraçılarıdır.
AP-nin üzvləri suveren ölkənin daxili işlərinə qarışmaq, ona iftiralar atmaqdansa, yuxarıda qeyd edilən şəxslərin qanlı əməllərindən əziyyət çəkmiş Qərbi azərbaycanlıların Ermənistandakı öz doğma yurdlarına qayıdışına ictimai dəstək verməlidir".