"Minimum əməkhaqqı anlayışı da beynəlxalq tələblərə uyğunlaşdırılıb".
Oxu.Az-ın məlumatına görə, bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin bu gün keçirilən iclasında əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Rəşad Mustafayev layihəsinin müzakirəsi zaman deyib.
Nazir müavini qeyd edib ki, bu məqsədlə Beynəlxalq Əmək Təşkilatının 131 nömrəli Konvensiyasının tələbləri əsas götürülərək "Yaşayış minimumu haqqında" Qanuna müvafiq dəyişiklik edilmiş, Əmək Məcəlləsinin 155-ci maddəsində isə həmin qanuna istinad verilib:
"Bu redaksiyada yaşayış minimumu, əməkhaqqı dinamikası, sosial müavinətlər, məhsuldarlıq və məşğulluq göstəriciləri nəzərə alınacaq və bu da konvensiyanın prinsiplərinin tam tətbiq olunmasına səbəb olacaq".
Samir Əli