Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

Rusiya beynəlxalq axtarışda olan dörd nəfəri Azərbaycana təhvil verdi
Beynəlxalq axtarışda olan dörd nəfər Rusiyadan Azərbaycana gətirilib.
Oxu.Az xəbər verir ki, bu barədə Baş Prokurorluq məlumat yayıb.
Bildirilib ki, "Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında" 07.10.2002-ci il tarixli Konvensiyanın tələblərinə uyğun olaraq Azərbaycan Respublikasının vətəndaşları Emil Mayıl oğlu Orucov, Babək Faiq oğlu Ələkbərov, Baloğlan Yaşar oğlu Qurbanov və Vaqif Elyaz oğlu Məmmədovun ekstradisiyaları haqqında Baş Prokurorluğun vəsatətləri Rusiya Baş Prokurorluğu tərəfindən təmin edilib.
Həmin şəxslərin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətmələrinə əsaslı şübhələr müəyyən edildiyindən, barələrində təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərarlar qəbul edilib və istintaqdan qaçıb gizləndiklərinə görə onlar beynəlxalq axtarışa veriliblər.
Qeyd olunan şəxslər Rusiya ərazisində saxlanılaraq Ədliyyə Nazirliyi Penitensiar Xidmətin xüsusi konvoyunun müşayiəti ilə Azərbaycana gətiriliblər.
Həmçinin, 10.12.2024-cü il tarixində Qazax rayonu ərazisində, dövlətlərarası axtarışda olduğu üçün saxlanılmış Gürcüstan vətəndaşı Vaxtanq Kurtanidzenin cinayət məsuliyyətinə cəlb edilməsi üçün verilməsinə dair Rusiya Baş Prokurorluğunun vəsatəti yuxarıda göstərilən Konvensiyanın tələblərinə uyğun olaraq Azərbaycan Baş Prokurorluğu tərəfindən təmin edildiyinə görə, Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin xüsusi konvoyunun müşayiəti ilə Rusiya Federasiyasının səlahiyyətli orqanlarına təhvil verilib.
"Baş Prokurorluq" teqi üzrə xəbərlər
- Rusiyanın Azərbaycandan istədiyi sabiq hakim Yelena Xaxaleva haradadır?
- Bakıda korrupsiyaya qarşı mübarizə ilə bağlı beynəlxalq tədbir keçirilir
- Elgünün qətli ilə bağlı Baş Prokurorluqdan ÇAĞIRIŞ: "Kiminsə əsaslı versiyası varsa, təqdim etsin"
- Perinatal Mərkəzdə yeddi körpənin öldüyü yanğınla bağlı məhkəmədə şahidlər ifadə veriblər
- Yeniyetmə və gənclər arasında artan aqressiya - Övladlarımızı necə qoruyaq?