Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

Sabah Xocalının Ballıca kəndinə ilk köç olacaq
Xocalı rayonunun Ballıca kəndinə dekabrın 13-də ilk köç olacaq.
Oxu.Az xəbər verir ki, ilk mərhələdə respublikanın müxtəlif ərazilərində yataqxana, sanatoriya, pioner düşərgəsi, yarımçıq tikililər və inzibati binalarda müvəqqəti məskunlaşanlar kəndə yola salınacaqlar.
Qeyd edək ki, Ballıca kəndi 1992-ci ildən 2020-ci ilə kimi Ermənistan silahlı qüvvələrinin işğalı altında olub. İkinci Qarabağ müharibəsi nəticəsində imzalanmış 10 noyabr 2020-ci il tarixli Üçtərəfli Bəyanata uyğun olaraq, Ballıca kəndi Rusiya sülhməramlı qüvvələrinin nəzarətinə keçib. 19-20 sentyabr 2023-cü ildə aparılan lokal xarakterli antiterror tədbirləri nəticəsində azad olunub.
"Böyük Qayıdış" teqi üzrə xəbərlər
- Birinci mərhələdə Sarıcalı kəndinə 895 nəfərin köçürülməsi planlaşdırılır
- İlham Əliyev və Mehriban Əliyeva Şuşada bir sıra açılışlarda iştirak ediblər
- İlham Əliyev və Mehriban Əliyeva Ağdamın Sarıcalı kəndinin birinci mərhələsinin açılışında
- Ağdamdan SON GÖRÜNTÜLƏR: Yaxın vaxtlarda üç kəndə qayıdış baş tutacaq
- Suqovuşan kəndinə köçmək üçün 180 ailə siyahıya alınıb