Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

Rumıniya və Bolqarıstan Şengen zonasına qoşulub
Rumıniya və Bolqarıstan Avropa İttifaqına üzv olandan 18 il sonra 1 yanvar 2025-ci il tarixindən etibarən Şengen zonasının tam ştatlı üzvü olacaq.
Oxu.Az xəbər verir ki, bu barədə Avropa İttifaqı Şurasının saytında yerləşdirilən bəyanatda qeyd olunub.
"Avropa İttifaqına üzv dövlətlər 2025-ci il yanvarın 1-dən Bolqarıstan və Rumıniya ilə daxili quru sərhədlərində şəxslər üzərində yoxlamaları ləğv etmək qərarına gəliblər", - deyə bəyanatda vurğulanıb.
"Şengen zonası" teqi üzrə xəbərlər
Ən çox oxunanlar