Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
Azərbaycan üçün Şengen vizasının rüsumu artırılır? - RƏSMİ AÇIQLAMA
"Viza sadələşmə müqavilələri olan ölkələr üçün Şengen vizasının rüsumu dəyişməyəcək, 35 avro olaraq qalacaq".
Bu barədə "Report"un Şengen vizasının qiymətinin iyunun 11-dən etibarən 90 avroya qədər artırılacağı barədə sorğusuna cavab olaraq Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyindən bildirilib.
Bildirək ki, Şengen vizası rüsumları hər üç ildən bir artır. Bundan əvvəl, 2020-ci ildə 60 avrodan 80 avroya qaldırılmışdı. Lakin Azərbaycan Şərq Tərəfdaşlığı ölkəsi olduğu üçün vətəndaşları viza sadələşmə müqaviləsinə əsasən, 35 avro ödəyirdi.
11:36
Şengen vizası iyunun 11-dən bahalaşacaq. Böyüklər üçün qiymət 90 avro (təxminən 166,2 manat), 6-12 yaş uşaqlar üçün isə 45 avro (83,1 manat) olacaq. Qiymət artımı bütün dünyada turistlərə təsir edəcək.
Bu barədə Sloveniya Xarici İşlər Nazirliyi məlumat yayıb.
Bildirilir ki, Avropa Komissiyası qısamüddətli Şengen vizasının (C növü vizası) qiymətini inflyasiya səbəbindən 12% artırmaq qərarına gəlib.
Avropa Komissiyası hesab edir ki, Şengen zonası üçün viza rüsumları hələ də nisbətən aşağıdır. Məsələn, ABŞ-yə viza 185 avro (341,7 manat) və ya 172 avro (317,7 manat), Böyük Britaniyaya isə 115 funt sterlinqdən (248,3 manat) başa gəlir.
Qeyd edək ki, bundan əvvəl Şengen vizasının qiymətləri böyüklər üçün 79,2 avro (146,3 manat) və uşaqlar üçün 39,6 avro (73,1 manat) olub.
Mənbə: Bfm.ru
Rəylər