Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

Sahibə Qafarova Moskvada Heydər Əliyevin barelyefi önünə əklil qoyub - FOTO
Milli Məclisin Sədri Sahibə Qafarovanın başçılıq etdiyi nümayəndə heyəti Rusiyada rəsmi səfərdədir.
“Report”un Rusiya bürosunun məlumatına görə, spiker Azərbaycanın Rusiyadakı Səfirliyinə gələrək ümummilli lider Heydər Əliyevin barelyefi önünə əklil qoyub.
Qeyd edək ki, bu, S.Qafarovanın Milli Məclisin Sədri kimi Rusiyaya ilk rəsmi səfəridir.
Nümayəndə heyətinin tərkibinə Milli Məclisin komitə sədri Səməd Seyidov, Rusiya ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Nizami Səfərov, deputatlardan Eldar Quliyev, Mixail Zabelin, Əminə Ağazadə, Tural Gəncəliyev, parlament Aparatının rəhbəri Səfa Mirzəyev və digər rəsmi şəxslər daxildirlər.
Moskva şəhərinin “Domodedovo” hava limanında Milli Məclisin nümayəndə heyətini Rusiya Federasiyası Federal Məclisi Federasiya Şurasının sədr müavini İlyas Umaxanov, Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu və digər rəsmi şəxslər qarşılayıb. Sabah S.Qafarova səfər proqramına uyğun olaraq rəsmi görüşlərə başlayacaq.
"Heydər Əliyev" teqi üzrə xəbərlər
- Prezident İlham Əliyev Artur Rasi-zadəyə "Heydər Əliyev" ordenini təqdim edib
- Ki-Uestin sirr pərdəsini açarkən və ya Heydər Əliyevin ustad dərsi - Caliber.az-da tarixə ekskurs
- Heydər Əliyev 20 Yanvar faciəsinin günahkarlarını necə ifşa etdi? - Azadlığa gedən yol
- Prezident İlham Əliyev 20 Yanvar şəhidlərinin xatirəsini yad edib
- 20 Yanvar faciəsindən 35 il keçir