Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
Sahil Babayev: Pensiya xərclərində dövlət öhdəlikləri müəyyən edilir
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Maliyyə Nazirliyi ilə əldə etdiyi razılığa əsasən, bu ilin sonuna qədər mövcud əmək pensiyaları daxilində dövlət öhdəliklərinin dəqiq müəyyən edilməsi işləri yekunlaşdırılacaq.
Oxu.Az xəbər verir ki, bu barədə əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Dövlət Sosial Müdafiə Fondunun gələnilki büdcəsinin Milli Məclisin (MM) plenar iclasındakı müzakirəsi zamanı bildirib.
“Bundan sonra hər il dövlət büdcəsindən DSMF-yə nə qədər vəsaitin ayrılması müəyyən ediləcək. Digər təminatlar isə Fondun sosial sığorta prinsiplərini tam şəkildə tətbiq etməsi hesabına mümkün olacaq”, - deyə nazir qeyd edib.
Nazirin sözlərinə görə, pensiya xərclərinin iki istiqaməti üzrə dövlət büdcəsinin öhdəlikləri müəyyən edilib.
O deyib ki, birinci istiqamət, 1992-ci ilə qədər əmək pensiyaçılarının iş stajı, ikinci istiqamət isə əmək pensiyalarının əlavələrdir:
“Hər iki istiqamət üzrə dövlət büdcəsindən maliyyələşdirilmənin tam təmin edilməsi sığorta təminatı sisteminin inkişaf etdirilməsinə və sosial sığorta sisteminin potensialının tam gücləndirilməsinə imkan verəcək.
Bu öhdəliyin müəyyənləşdirilməsi üçün 1992-ci ilin yanvarın 1-nə qədər qazanılmış pensiya kapitalına əsasən formalaşan məbləğin müəyyən edilməsi və eyni zamanda, “Əmək pensiyaları haqqında” qanunun 19-cu və 20-ci maddələrində nəzərdə tutulan əmək pensiyalarına əlavələrin məbləğinin dəqiq müəyyən edilməsi üçün Nazirlər Kabinetinin müvafiq sərəncamı ilə Maliyyə Nazirliyinin, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin işçilərindən ibarət komissiya yaradılıb.
Komissiya Bakının Xəzər və Xətai rayonlarında uçotda olan pensiyaçıların işlərini tam araşdırıb, dövlət büdcəsi öhdəliyinin müəyyən olunması üzrə rəqəmlər müəyyən edilib. Eyni zamanda, Lerik və Qax rayonlarında da bu işlər aparılmaqdadır”.
Kamil HƏMZƏOĞLU
www.oxu.az
"Bakı" teqi üzrə xəbərlər
- Annalena Berbok: "Bakıda bütün qitələrdə iqlim koalisiyalarının yaradılması üzərində çalışırıq"
- "The Telegraph": "Bakı gözlədiyinizdən daha çoxunu təklif edir"
- Qarabağ qazisi Bakıda binaları COP29-a uyğun rəsmlərlə bəzədi
- Əfsanəvi Ronaldinyo Bakıya COP29-la bağlı səfərindən paylaşım edib
- Dünya futbolunun əfsanəsi Ronaldinyo Azərbaycana gəlib