Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Daşkənddə ECO ölkələrinin ticarət nazirlərinin görüşünün keçirilməsini təklif edib.
Oxu.Az "Report"a istinadla xəbər verir ki, bu barədə o, İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) Zirvə görüşündə bildirib.
Onun sözlərinə görə, belə bir görüş ölkələr arasında ticari-iqtisadi əlaqələrin inkişafına töhfə verəcək.
"Hazırda üzv dövlətlər arasında ticarət dövriyyəsinin səviyyəsi aşağı olaraq qalır. Bu sahədə strateji qarşılıqlı fəaliyyətin inkişaf yollarını müzakirə etmək üçün ECO-ya üzv dövlətlərin ticarət nazirlərinin Daşkənddə görüşünün keçirilməsini təklif edirik", - Özbəkistan Prezidenti bildirib.
Ş.Mirziyoyev, həmçinin Azərbaycan Prezidenti İlham Əliyevin ECO-nun 17-ci Zirvə görüşünün sədri seçilməsini təklif edib.